Süd vəzi xəstəlikləri · Ümumi cərrahiyyə · Bakı
Dossent Dr. Mirxalıq Cavadov
Süd vəzi xəstəlikləri mütəxəssisi · Dossent Dr. · Ümumi cərrah
Süd vəzinin xoşxassəli xəstəlikləri və xərçəngi, yumşaq toxuma törəmələri, kolorektal, endokrin və öd yolları cərrahiyyəsi ilə məşğul olur; əməliyyatların böyük hissəsini laparoskopik üsulla icra edir. İstanbul Tibb Fakültəsini bitirib, Marmara Universitetində ümumi cərrahiyyə ixtisası alıb və Türkiyədə dosent elmi dərəcəsi qazanıb. Hazırda Olimp Hospitalda çalışır.
- Dosent (YÖK, 2022)
- 48 beynəlxalq məqalə · h-indeks 10
- Onkoplastik və rekonstruktiv süd vəzi cərrahiyyəsi kursları (2025–2026)
- Strasburq Universiteti — laparoskopik cərrahiyyə diplomu
- EAES Roma 2023 — ən yaxşı şifahi təqdimat
Video təqdimat
Həkimin öz sözləri ilə
Qısa video təqdimat: hansı xəstəliklərlə məşğul olur, müayinə necə keçir və hansı hallarda gecikmədən müraciət etmək lazımdır.
- Süd vəzinin xoşxassəli xəstəlikləri və süd vəzi xərçəngi
- Onkoplastik və laparoskopik cərrahi yanaşma
- Müayinə necə keçir və nə vaxt gecikmədən müraciət etmək lazımdır
- Olimp Hospital, Yasamal rayonu, Bakı
Dossent Dr. Mirxalıq Cavadov — süd vəzi xəstəlikləri mütəxəssisi, ümumi cərrah. Video həkimin öz təqdimatıdır və müayinəni əvəz etmir.
Xidmətlər
Hansı sahələrdə əməliyyat edir
Həkimin əsas fəaliyyət sahələri — süd vəzi xəstəlikləri və yumşaq toxuma törəmələri. Hər bölmədə müayinənin necə aparıldığı və əməliyyat qərarının nədən asılı olduğu izah olunur.
Süd vəzi cərrahiyyəsi
Süd vəzinin xoşxassəli xəstəlikləri — fibroadenoma, filloides, papilloma, kista, abses, əlavə süd vəzisi; süd vəzinin xoşxassəli törəmələri, xoşxassəli və bədxassəli düyünlər, süd vəzi xərçəngi.
ƏtraflıYumşaq toxuma cərrahiyyəsi
Yumşaq toxuma törəmələrinin və lipomanın qiymətləndirilməsi, cərrahi çıxarılması və histoloji müayinəsi.
ƏtraflıPeşəkar zəmin
Təcrübə harada formalaşıb
Cərrahi təhsilini və akademik karyerasını Türkiyədə qurub: İstanbul Tibb Fakültəsi (2007), ardınca Marmara Universitetində ümumi cərrahiyyə uzmanlığı (2016). 2016-cı ildə ABŞ-da Stony Brook Universitetinin kolon və rektal cərrahiyyə bölməsində elmi tədqiqat və kadaver üzərində laparoskopik və robotik kolorektal cərrahiyyə kursu keçib.
2017–2022-ci illərdə Yeditepe Universiteti Tibb Fakültəsində müəllim, asistent və dosent olub, ümumi cərrahiyyə üzrə təhsil koordinatoru vəzifəsini icra edib; 2022-ci ildə Türkiyə Yüksək Öyrətim Kurulu (YÖK) tərəfindən dosent elmi dərəcəsini alıb. 2022–2024-cü illərdə Medicana International Ataşehir Hospital-da uzman cərrah olub. 2025-ci ildən Bakıda çalışır; hazırda Olimp Hospital tərkibindədir.
Elmi fəaliyyət
Yoxlana bilən akademik iz
Cərrahiyyədə təcrübə iddia ilə deyil, sənədlə ölçülür. Göstəricilər həkimin CV-sinə əsaslanır; nəşrləri PubMed və ORCID-də özünüz yoxlaya bilərsiniz.
- ORCID
- 0000-0002-4288-0400
- Məqalələr
- 48 beynəlxalq indeksli məqalə, 32-si PubMed-də · Google Scholar h-indeksi 10
- Kitablar
- Türkiyədə nəşr olunmuş 6 tibbi kitab — 5 kitabda fəsil, 1 kitabda həmredaktorluq
- Assosiasiyalar
- ESCP, EAES, Türk Cerrahi Derneği, IASGO, ASVXMA, AHPBA
Cərrahi xəstəliklər
Ən çox müraciət olunan mövzular
Əlamətləriniz varsa, əvvəlcə nə ilə qarşılaşdığınızı anlamaq faydalıdır. Bu səhifələr diaqnoz qoymur — müayinəyə necə hazırlaşacağınızı və nə vaxt gecikmədən müraciət etməli olduğunuzu izah edir.
Süd vəzinin xoşxassəli xəstəlikləri
Fibroadenoma, filloides, papilloma, kista, abses və əlavə süd vəzisi — nə vaxt izlənilir, nə vaxt çıxarılır.
OxuSüd vəzi xərçəngi
Xoşxassəli və bədxassəli düyünlərin fərqi, əlamətlər, diaqnostika və cərrahi müalicə variantları.
OxuYumşaq toxuma törəmələri
Yumşaq toxuma törəmələri və lipoma: nə vaxt təhlükəsizdir, nə vaxt çıxarılır.
OxuQəbul
Müraciət necə gedir
Cərrahi qərar bir müayinə ilə verilmir. Aşağıdakı ardıcıllıq planlı müraciətlər üçündür; təcili hallarda dərhal təcili yardıma müraciət edin.
-
Əlaqə və ilkin məlumat
WhatsApp və ya telefon vasitəsilə şikayətinizi qısaca bildirirsiniz. Əlinizdə olan müayinə nəticələri varsa, əvvəlcədən göndərə bilərsiniz.
-
Müayinə
Şikayətin tarixçəsi dinlənilir, fiziki müayinə aparılır, mövcud analiz və görüntüləmə nəticələri birlikdə qiymətləndirilir.
-
Lazım olan əlavə müayinələr
Ehtiyac olarsa ultrasəs, tomoqrafiya, endoskopiya, biopsiya və ya qan analizləri təyin edilir. Bəzi hallarda müxtəlif ixtisaslardan həkimlərin birgə müzakirəsi tələb olunur.
-
Müalicə planının müzakirəsi
Nəticələr aydınlaşandan sonra variantlar, gözlənilən fayda və mümkün risklər izah edilir. Əməliyyat yeganə variant deyil və hər xəstədə fərdi qiymətləndirilir.
-
Əməliyyat və izlənmə
Qərar verildikdə əməliyyata hazırlıq, gözlənilən yatış müddəti və sonrakı nəzarət qrafiki əvvəlcədən danışılır.
Fikrinizi dəqiqləşdirmək istəyirsiniz?
Başqa həkimdə əməliyyat təklif olunubsa və ikinci rəy almaq istəyirsinizsə, mövcud sənədlərinizlə müraciət edə bilərsiniz.
Yenilənib: